Falçının qazancından yeyən şəxs namaz qıla bilərmi?

    13.04.2023
Sual: 
Salam.mənim qaynanam falçıdı.mən namaz qılmaq istəyirəm məni qoymur.deyir mənim fal pulumdan yeyib içirsən.necə qılırsan Namazı.indi mən neynəməliyəm.Qılarsam namazım qəbul olar?yoxsa olmaz.və ya yediyim içdiyim mənə halal sayılır?
Cavab: 
Və aleykum salam. Namaz qılmaq hər kəsə, yediyinin halal və ya haram olmasından asılı olmayaraq vacibdir. Həmçinin, başqa qazanc yeriniz yoxdursa, ailə üzvünüzün haram yolla əldə etdiyi qazancdan yeyə bilərsiniz, bu halda sizə günah yazılmır. Bununla yanaşı, qaynananızı gözəl tərzdə bu həlakedici günahdan çəkindirməyə çalışın. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Həlakedici yeddi günahdan çəkinin!” Soruşdular: “Ya Rəsulullah, nədir onlar?” Pey­­ğəmbər buyurdu: “Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın ha­ram bu­yurduğu cana nahaq yerəsd etmək, səm yemək, yetimin malını yemək, dö­yüş mey­danından qaçmaq və zinadan xəri olmayan namuslu, ismətli mö­min qadınları zina­da ittiham etmək.” (əl-Buxari, 2766). Daha ətraflı:
Paylaş: