Maraq üçün falçıya getmək günahdırmı?
Sual:
Salam aleykum. Falchiya getmek istiyirem, amma ona gore yox ki, əstəğfirullah Allaha, dinime sherik qoshuram. Qetiyyen ele deyil. Onun dediklerine de inanmaq fikrim yoxdur. Sadece ele-bele maraq uchun. Sizce bunu bele etmeyim dogrudurmu? Amma getmesem de ichimde hemishe qalacaq o fikir. Nece etmeyimi meslehet gorerdiz? Onceden teshekkur edirem. Hormetle.
Cavab:
Aleykum salam.. Biz artıq bu sualınıza cavab vermişdik. Biz cavabda bunu qadağan edən hədisi qeyd etdik. Falçı və cadugərlərin yan-yörəsi şeytanlarla dolu olduğuna görə onların yanına təsadüfi belə gedənlər çox vaxt şeytanların təsirinə məruz qalaraq onların bədənlərinə girməsinə səbəb olurlar. Ona görə də hər bir kəs şeytanların məskən saldığı yerlərdən uzaq durmağa çalışmalı, həmçinin, yaxın adamlarını və bütün insanları şeytanlara müraciət etməkdən və onların yanına getməkdən çəkindirməlidir.