Şəhadət kəlməsini gətirməyən, lakin namaz qılan insan müsəlman sayılırmı?

    03.07.2023
Sual: 
Sələm Aləykum birisi sehadet kelmesini getirmiyib amma illerdirki muselman kimi yasayib bir muselman neler etmelidir her seyi edib yeni normal muselman kimi amma bunun islama girmesi sehadet kelimesi ile olmayib sadece namaza başlayıb sonrada ele davam edib.indi ise vesveseler gelir bunun islamı sehihdirmi yoxsa yox zehmet olmasa cavablandirarsiz
Cavab: 

Va aleykum Salam. Sözsüz ki, bir insanın İslama daxil olması üçün Şəhadət kəlməsini ərəb dilində dilə gətirib mənasını qəbul etməlidir və qəlbən onu təsdiqləməlidir. Əgər insan namaz qılandırsa bu insan namaz əsnasında Şəhadət kəlməsini gətirmiş olur və bununla da İslama daxil olmuş olur. Çünki namazda dediyimiz təşəhhüddə "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən rasulullah" kəlməsi yer alır. Ona görə də bu fikirlər vəsvəsə sayılır və buna əhəmiyyət vermək lazım deyil.  

Teqlər: 
Paylaş: