Bəraət gecəsi haqda məlumat verə bilərsiniz?

    10.07.2023
Kimdən: 
Elman
Sual: 
Salam Berat gecesi haqda melumat vere bilersiz?
Cavab: 

Va aleykum Salam. "Bəraət gecəsi" Şaban ayının 15-ci gecəsinə deyilir. Şaban ayının orta gecəsi (Bəraət gecəsi) haqqında səhih heç bir hədis sabit olmamışdır. Bu gecə haqqında gələn hədislər çox zəif hədislərdir. Bəzi insanlar bu gecədə qədərin və əcəlin yazıldığına dair bir sıra rəvayətlər olduğunu zənn edirlər. Ancaq bunların qaynağı yoxdur. Bu gecəni ibadətlə keçirmək, gündüzü orucla keçirmək və ya xüsusi bir ibadət etmək şəriətə uyğun deyil. Alimlər demişlər: "Xüsusi ibadətlər etmədən ilin digər gecələrinə qalxdığı kimi bu gecədə də qalxmaqda bir qəbahət yoxdur. Eyni şəkildə hər (hicri) ayda olduğu kimi Şaban ayının 13, 14 və 15-ni orucla keçirməkdə də bir qəbahət yoxdur. Lakin bu gecənin və günün digər gecələrdən və günlərdən daha fəzilətli olduğuna etiqad etmək düzgün deyil". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: