İftarı gecikdirmək olarmı?
Sual:
İftarı gecikdirmek olarmı? Ve ne qədər
Cavab:
Əssələmu aleykum. İftarı gecikdirmək sünnəyə müxalifdir. Müstəhəb olan iftarı vaxtı daxil olan kimi, gecikdirmədən açmaqdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İnsanlar iftarı tezləşdirdikləri təqdirdə xeyir içərisində olacaqlar" (əl-Buxari, 1957; Muslim, 1098). Həmçinin demişdir: "Həqiqətən, biz peyğəmbərlərə iftarı (gün batan kimi) tezləşdirmək, səhuru (sübh namazına qədər) gecikdirmək və namazda sağ əli sol əlin üzərinə qoymaq əmr olundu". (ət-Tabərani, 11323; İbn Hibban, 1770). Ətraflı oxuyun: