Acva xurması barədə hədis varmı?
Va aleykum Salam. Acva xurması Mədinədə bitən qara rəngli şox şirin bir xurma növüdür. El arasında bu xurmaya "Peyğəmbər xurması" da deyilir. Acva xurması barədə bir neçə səhih hədis rəvayət olunur. Bu hədislər aşağıdakılardır:
1) Sad ibn Əbu Vəqqas (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Kim hər səhər yeddi ədəd Acva xurması yeyərsə, o gün ona sehr və zəhər zərər verə bilməz" (əl-Buxari, 5445; Muslim, 2047).
2) Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Mədinənin əl-Aliyə adlanan ərazisində bitən Acva xurmasında şəfa var və ya onu səhər yeyən insan üçün zəhər əleyhinə vasitədir" (Muslim, 2048).
3) Başqa bir rəvayətdə belə deyilir: "Səhər-səhər acqarına Mədinənin əl-Aliyə adlanan ərazisində bitən Acva xurmasını yeyən üşün o, sehr və zəhərdən şəfadır" (Əhməd, 24735).