Qəza orucu tutmaq üçün qüsl etmək lazımdırmı?
Sual:
Salam men bir nece gun oruc tuta bilmedim inden sonra tutmaq olar? Ve tutmaq olarsa qusl tokmeliyem? Bes nece tokmeliyem? Bide niyyet etdiyin qeder oruc tutmaliyam? İndiden cox sag olun
Cavab:
Va aleykum Salam. Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən insan başqa günlərdə növbəti Ramazan ayına qədər buraxdığı orucları qəza etməlidir. Qəza oruclarını tutarkən xüsusi olaraq qüsl almaq lazım deyil. Qüsl yalnız müəyyən hallarda vacib olur. Bu barədə ətraflı oxuyun:
Oruc tutmaq üçün qüsl almaq vacibdirmi?
Vacib orucu (həm Ramazan ayında, həm də qəza) tutarkən oruc tutmağa niyyət olmalıdər. Niyyət qəlbdə olur və onu dilə gətirməyə ehtiyac yoxdur. Qəza oruclarını tutmağı qəlbindən keçirən insanın artıq qəlbində niyyəti var.