Təkfir nədir?

    19.05.2014
Sual: 
Salam aleykum. Tekfir nedir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Təkfir etmək bir insanın kafir olduğunu sübuta yetirməkdir. Bu, İslam dövlətlərində dindən çıxanları ayırd etmək və onları mühakimə etmək üçün tətbiq edilən bir elmdir. Bəzi yolunu azmış savadsız adamlar bu məsələyə aid ayə və hədisləri öz nəfslərinə və ağıllarına uyğun şəkildə şərh edərək müsəlmanları təkfir edirlər. Halbuki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları bu böyük günahdan çəkindirərək belə demişdir: "Hansı bir adam din qardaşına: "Ey kafir!" desə – əgər dediyi kimi­dirsə – iki­sindən biri bu günahla geri dönər. (Dediyi adam kafir deyilsə) onda bu kəlmə onun özünə qayıdar". (Səhih Muslim).
 

Paylaş: