Bədən üzvlərinin zinası haqqında məlumat verə bilərsinizmi?

    19.05.2014
Kimdən: 
ISAZADE Rufet
Sual: 
Salam Aleykum...Insanin beden zinaliqlari hansilardi,yani Ellerin,gözler,ayaqlarin,dilin zinaliqlari hansilardi?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl İsra, 32). 
Bu ayədə Uca Allah zinanı nəinki qadağan edir, hətta ona yaxınlaşmamağı buyurur. Yəni zinaya aparan hər bir əməldən çəkinməyi buyurur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) öz hədislərində zinaya aparan yolları bəyan etmiş və onlardan çəkindirmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yad qadına baxmağı, yad qadınla təklikdə qalmağı, əl ilə görüşməyi və ünsiyyətdə olmağı qadağan etmişdir. Beləliklə, gözün zinası yad qadına baxmaq, dilin zinası bu haqda danışmaq və qulağın zinası isə qulaq asmaqdır. 
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar» (İmam Əhməd «Musnəd» 1/412)

Paylaş: