Boşanmış ər-arvad bir evdə yaşaya bilərlərmi?
Sual:
Salam. Er ve arvad boşanıb eyni evde ama otaqlar ayrı ayrılıqda çay çoreyi bir yataqları ayrı yaşıya bilerlermi Oda başqasıyla evlenmediyi halda Yani uşaqların geleceyi üçün.yoldaşımla yola gede bilmirem.yoldaşım deyrki mende bu evde qalacam boşanacam evdende getmirem nede başqasıylada evlenmeycem sadece hormet baresinde kusulu qalmıyıb çay çoreymiz bir qazancımızda bir.uşaqlara baxmaqcun qala bilermi?
Cavab:
Və aleykum Salam. Şəriətlə boşanma kişinin öz zövcəsinə "səni boşadım" və ya buna bənzər boşanmaya dəlalət edən bir söz deməsidir. Ətraflı oxuyun:
Əgər şəriətlə boşanma baş veribsə və ər-arvad tam şəkildə ayrılıblarsa, bu halda vəziyyətə baxmaq lazımdır. Əgər boşanmış ər və arvadın harama (zinaya) düşmə təhlükəsi yoxdursa, onların bir yerdə yaşamaları icazəlidir. Əgər boşanmış ər və arvadın bir yerdə yaşamaları onların harama düşmələrinə səbəb olarsa, bu halda onların bir yerdə yaşamaları icazəli deyil. Ətraflı oxuyun: