Mənə bacı kimi olan qadın qohumlara dini başa sala bilərəmmi?

    30.07.2023
Kimdən: 
orxan
Sual: 
Əssəlamu Aleykum. Daydosdum və xala qızlarım mənə bacı kimidi. Yəni mənə çox yaxındılar. Bilirəm naməhrəmdilər. Onlarla islama aid söhbət etmək olar? Yəni mən onlara islamı öyrədirəm Allah üçün. Bu doğrudur? Birdə onların üzünə baxmaq icazəli ola bilər? Mən yenədə naməhrəm deyib baxmıram. Bacı kimi üzlərinə baxmaq olar? Yəni pis niyyətlə yox
Cavab: 

Və aleykum Salam. Bəzi qadın qohumlar sizə bacı kimi olsalar da, əgər naməhrəm sayılırlarsa şəriətin qadağan etdiyi - onlarla əllə görüşüb öpüşmək, təklikdə qalmaq, üzünə baxmaq kimi əməllərdən çəkinmək lazımdır. Lakin qeyd olunan əməllərdən çəkinməklə onlara dini başa salıb İslama dəvət etməyinizdə bir qəbahət yoxdur. Ətraflı oxuyun:

İslama dəvət necə olmalıdır?

Məhrəm və naməhrəm kimlərdir?

Teqlər: 
Paylaş: