Allah üçün deyil, başqa səbəbə görə səbir edən şirk etmiş olurmu?

    10.08.2023
Kimdən: 
..
Sual: 
Sebr etmek ibadetdirse Alahdan basqası üçün sebr etmek böyük şirkdir ? Meselen ( mene işde çox eziyyet verirler mende işden çıxmamamaq üçün susuram onlara..men müşrik oluram bele edende ?
Cavab: 

Əssələmu aleykum. Səbir etmək - sənə qarşı edilən haqsızlığa və ya düşdüyün bir çətinliyə nə sözlə, nə də əməllə qarşılıq verməməkdir. Bəzən səbirli olmaq insanın təbiətində olur. Əgər insan Allah üçün səbir edərsə və bunun mükafatını Allahdan umarsa, buna görə savab qazanar. Başqa şeyə görə səbir edərsə şirk etmiş sayılmır, sadəcə səbir etdiyinə görə savab qazanmır. Necə ki gözəl əxlaq bəzən insanın təbiətində olur. Əgər insan savabını Allahdan umaraq gözəl əxlaq nümayiş etdirsə buna görə savab qazanar. Əgər insan Allah üçün, savabını Allahdan umaraq deyil, başqa səbəbə (təbiətinə) görə gözəl əxlaq nümayiş etdirərsə buna görə savab qazanmaz. Ətraflı oxuyun:

Paylaş: