Yad planetlilər həqiqətən mövcuddurmu?

    19.05.2014
Sual: 
Salam aleykum.Yad planetliler heqiqeten movcuddurmu?mes.bermud uchbucaqi onlarin movcud olduqu gosterir.Sizce bu beledir?Islam dininde bu haqda melumat varmi?
Cavab: 

Aleykum salam. Uca Allah aləmlərin - yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Allahın yaratdığı gözəgörünməz məxluqlar - mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət olunan səhih hədisdə bir sahəbənin çırağa bənzər varlıqları görməsi haqda danışılır. Rəvayət edilir ki, bir dəfə gecə Useyd ibn Hudeyr (Allah ondan razı olsun) "əl-Bəqərə" surəsini oxu­­yurdu, atı da onun yanında yerə bağlanılmışdı. Birdən at təşvişə düşüb şa­hə qalxdı. Bunu görəndə Useyd susdu, at da sakitləşdi. Sonra o, oxu­ma­ğı­na davam elədi və at yenə təşvişə dü­şüb şahə qalxdı. O susdu, at da sa­kit­ləş­di. Sonra o, yenidən oxumağa başladı və at yenə də həyə­can­lanıb şahə qalx­dı. Bundan sonra o, daha oxumadı. Həmin vaxt Useydin oğ­lu Yəhya atın yaxın­lığında idi və o, qorxdu ki, at onu tapdalayar. Useyd uşa­ğı yanına çək­dik­dən sonra başını göyə qaldırdı, lakin aydın bir şey görə bilmədi. Səhəri gün o, bu hadisəni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: "Oxu, ey ibn Hu­deyr! Oxu, ey ibn Hu­deyr!" - deyə buyurdu. Useyd dedi: "Ey Allahın el­çi­si! Yəhya atın yanında idi və mən qorx­dum ki, at onu tapdalayar. Odur ki, ba­şımı qaldırıb ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də qəndillərə bənzər şeylər gördüm. Sonra onlar yox olub get­dilər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "Bilir­sənmi o nə idi?" Useyd: "Xeyr!" - de­yə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bu, mələklər idi, sənin sə­sinə yaxınlaş­mış­dılar. Əgər sən oxumağına davam etsəydin, səhər tezdən hamı onları gö­rər­di və onlar insan­lardan gizlənməzdilər". (əl-Buxari, 5018). 

Paylaş: