İslamda susmaq orucu varmı?
Sual:
İslamda susmaq orucu varmı
Cavab:
Əssələmu aleykum. İslamda susmaq orucu deyilən bir oruc yoxdur. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkədə, Günəşin altında dayanmış bir kişi gördü və soruşdu: "Bu nədir?" Orada olanlar dedilər: "Bu kişi, oruc tutub gecəyə qədər kölgədə dayanmayacağını, danışmayacağını və oturmayacağını nəzir edib". Peyğəmbər dedi: "Ona deyin, qoy danışsın, kölgədə dursun, otursun, orucunu isə davam etsin". (əl-Buxari, 276. Əbu Davud, 3300). Əgər İslamda susmaq orucu olsaydı o zaman Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu kişiyə bu əməli (susmağı) qadağan etməzdi.