Subaşına çıxdıqdan sonra övrəti sıxmaq və ya silkələmək doğrudurmu?

    30.08.2023
Kimdən: 
bismilləh
Sual: 
Əssəlamu Aleykum. Sualıma görə sizdən üzr istəyirəm, kiçik subaşına çıxanda ehtiyacı ödədikdən sonra övrəti sıxmaq, silkələmək, əl ilə tərpədmək olar? Bu düzgündür? Şübhələrim var mənim yəni belə etməsəm axı damcəlar qalır. İndi ehtiyacı ödədikdən sonra əgər silkələmsəm və yusam axıntı qaçınılmazdı. Mən nə edim ki, ehtiyacı ödədikdən sonra övrətdə az qırıntılar qalmasın? Ehtiyacı ödədikdən sonra dirəkt yuyum? Nə edim? Bilirəm deyəsən doğru deyil sıxmaq və s. kimi. Həm də Allah bizi edə bilməyəcəyimiz bir işlə yükləməz, Allahın mərhəməti çox genişdi. Bir yol gösterin inşəallah , açıq bir şəkildə yazarsız. Allah sizdən və sizin kimilərdən razı olsun
Cavab: 

Və aleykum Salam. Subaşına çıxdıqdan sonra övrəti sadəcə yumaq lazımdır, sıxmaq və ya silkələmək düzgün deyil və bu əməl vəsvəsələrin artmasına gətirib çıxarır. Alimlər bildirmişlər ki, kişinin övrəti su nasosu kimidir, sıxdıqca və ya silkələdikcə oradan sidik axacaq. Odur ki belə şübhələr və vəsvəsələr yaranmasın deyə sadəcə yuyunub qalxmaq lazımdır. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə səhabələr hətta böyük ehtiyaclarını ödədikdən sonra üç ədəd daşla təmizlənirdilər və bundan sonra qalan şeylərə fikir vermirdilər. Uca Allah qullarını yalnız gücləri çatacaq işlərlə mükəlləf edib. Ətraflı oxuyun:

Ayaqyolunda çox vaxt itirmək düzgündürmü?

Paltara düşən damcılar dəstəmazı batil edirmi?

Teqlər: 
Paylaş: