Muxtar əs-Səqafi kim olmuşdur?

    06.09.2023
Kimdən: 
Yaşar
Sual: 
Assalamu Aleykum.Sizden bir neçe mesele barede soruşmaq isterdim.Muxtar Sefeqi peygemberliq iddiasında olubmu? Said Nursi'nin kitablarını oxumağa icaze varmıdır? Xeyr deyirsinizse,xaiş edirem etrafli izah edesiniz.Cunki etrafimda bele insanlar var oxuyurlar Allah elminize bereket versin.
Cavab: 

Və aleykum Salam. Tarix kitablarında Muxtar əs-Səqafinin (hicri 1-67/ miladi 622-686) yalançı olduğu və özünə vəhy nazil olduğunu iddia etdiyi bildirilmişdir. Böyük tarixçi əz-Zəhəbi özünün "Siyər əl-Ələm ən-Nubələ" əsərində onun barəsində belə demişdir: "Yalançı olmuşdur... Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Səqif qəbiləsindən yalançı bir insan və bir də insanları haqsız yerə qətl edən bir şəxs çıxacaq" (ət-Tirmizi, 2220). Hədisdə nəzərdə tutulan yalançı şəxs odur (Muxtar əs-Səqafi). Çünki o özünə vəhy nazil olduğunu və qeybi bildiyini iddia edirdi. İnsanları haqsız yerə qətl edən isə əl-Həccəc olmuşdur. Allah hər ikisini rəzil etsin!..." 

İbn Kəsir təfsir kitabında əl-Ənam surəsinin 112-113-cü ayələrin təfsirində belə demişdir: 

"İbn Əbu Hatim İkrimənin (Allah ona rəhmət etsin) belə dediyini rəvayət etmişdir: "Bir dəfə Muxtarın yanına gəldim. O, məni hörmətlə qarşıladı, hətta gecə qalmaq üçün yerlə də təmin etdi. Mənə: "İnsanların qarşısına çıx və onlarla söhbət et", – dedi. Mən də insanların qarşısına çıxdım. Bir kişi gələrək: "Vəhy barədə nə deyə bilərsən?”– deyə soruşdu. Mən dedim: “Vəhy iki qisimdir. Uca Allah buyurur:Biz bu Quranı sənə vəhy et­məklə, sənə ən gözəl heka­yə­ti da­nı­şırıq” (“Yusuf”, 3). Həmçinin buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlardan düşmənlər etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər”. Onlar mənim üstümə gəlib məni tutmaq istədilər. Mən: "Sizə nə olub? Mən sizin suallarınızı cavablandırıram, həm də sizin qonağınızam", – dedim. Belə dedikdən sonra məni sərbəst buraxdılar". İkrimə Muxtar ibn Əbu Ubeydənin (Allah onu Öz rəhmətindən uzaqlaşdırsın) yanına ona görə gəlmişdi ki, Muxtar özünə vəhy nazil olduğunu iddia edirdi. Muxtarın bacısı Safiyyə Abdullah ibn Ömərlə (Allah ondan razı olsun) evli idi və əməlisaleh qadınlardan biri idi. Abdullah ibn Ömər (Allah ondan razı olsun) Muxtarın özünə vəhy nazil olduğunu iddia etməsi xəbərini aldıqda belə dedi: “O, doğru söyləyir, çünki Uca Allah buyurur: “Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər” (“əl-Ənam”, 121)”. (İbn Əbu Hatim, 7840; ət-Tabəri, 27044; ət-Tabərani “Mucəmul-Əvsat” 924). Həmçinin oxuyun:

 
Teqlər: 
Paylaş: