Hədislərdə bəzi günah sahiblərinin Cəhənnəmə girəcəklərinin açıqlaması nədir?

    26.09.2023
Kimdən: 
Anonim
Sual: 
Salam hər vaxtız xeyir. Bu sayta ogün olmasın ki girməyim. Çox əla saytdır. Bilmədiyimiz çox məsələ haqqında öyrənirik. Bir sualım var. Deməli bu saytda bir hədis varki orda deyillər ki filankəs günah etdi və cəhənnəmə düşdü. Ama yaxşı bu cür hədislər çaşdırır. Cəhənnəm olmayıbsa necə cəhənnəmə gedib çoxdu belə hədis. Qiyamət oldu cənnətə getdi. Ama halbuku hələ axirət sorğu sualı olmayıb? İkinci bir sualım budur. Nuh Peyğəmbər 950 il yaşayıb. Bəs onda belə çıxır ki oğluda 950 il yaşıyıb? Yoxsa ömrünün axrındamı evlənib? İmam Sadiqin bəyanı ilə yaradılış kitabını oxumaq olarmı? Nəhcül Bəlağə kitabın oxumaq olarmı?
Cavab: 

Və aleykum Salam.

1) Hədislərdə bəzi günah sahiblərinin Cəhənnəmə girməsi barədə verilən məlumat Uca Allahın Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi vəhyi ilədir. Hal-hazırda heç kəs nə Cənnətə, nə də Cəhənnəmə girməmişdir. Lakin bəzi səhabələr sağlığında Cənnətlə müjdələnmişlər. Həmçinin bəzi günah sahiblərinin də Cəhənnəmə girəcəkləri bildirilir. Həmçinin oxuyun:


2) Uca Allah Quranda bildirir ki, Nuh peyğəmbər (ona salam olsun) qövmünü 950 il dəvət etmişdir. Nuhun ömrü isə bundan daha çox olmuşdur. Uca Allah buyurur: "Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı". (əl-Ənkəbut, 14). 
Bu ayənin təfsirinə əsasən İbn Abbas və bir çox təfsirçilər və islam tarixçiləri deyirlər ki, Nuha (aleyhis-sələm) peyğəmbərlik veriləndə 480 yaşı var idi. Peyğəmbərlikdən sonra yer üzünü büs-bütün bürümüş tufan hadisəsinə qədər Nuh (aleyhis-sələm) qövmünün yanında 950 il qalıb onları tövhid (tək Allaha ibadət) dininə dəvət etdi. Onlar həmçinin bildiriblər ki, bu tufan hadisəsindən sonra da Nuh (aleyhis-sələm) 350 il yaşayıb. Ümumilikdə bütün bu illəri hesabladıqda yaşadığı ömür 1780 il olur. Ən doğrusunu Allah bilir. 
Teqlər: 
Paylaş: