Nişanda "dualama" mərasimi keçirmək icazəlidirmi?
Sual:
Salam Aleykum. Bağışlayın Narahatçılığa gör bilmek isteyirem ki,İslamda Nişanlanmağ deyilen birşey varmı,varsada vacibdirmi adeten Nişanda Dualama ediller ,dualama deyerken üzüyü götürüb dua oxuyurlar bu ne qeder doğrudur zehmet olmasa ətraflı cavablandırardınız cavablandırdığınız üçün teşekkürler edirem.
Cavab:
Və aleykum Salam. Nişanlanmaq elimizin adətidir və bu adəti İslam dininə zidd əməllər (içki vermək, musiqi və s.) etməmək şərti ilə keçirmək icazəlidir. Dinimiz şəriətə zidd olmayan adətlərin və mərasimlərin keçirilməsini qadağan etmir. O ki qaldı "dualama" adətinə, belə bir adət İslam dininə zidd olduğu üçün icazəli deyil.