Hədislər arasında ziddiyyət təşkil edən hədislər varmı?

    10.10.2023
Kimdən: 
...
Sual: 
Salam aleykum.Allah sizlerden razi olsun bizler ucun bu sayti yaratmisniz.Menim sualim budurki men orucumu ve namazlarimi "salatuk azan" proqramiyla tuturam ve qiliram.Mescidden cox uzagiq ama bezen olurki cox az hallarda azan sesini eşidirem.Ve mescidde cekilen azanla salatuk azani arasinda ferqler olur.Proqram azani tez cekir mescid ise gec.Men nece etmeliyem?Ve 2ci sualim ise bir birine zidd olan bezi hedisler haqqindadir.Meselen deyilirki alin yazisini hec ne deyişe bilmez.Ama başqa hedisde de deyilirki "dua ve yaxşiliqlar heyatinizin gedişatini deyişir"Umumiyetle bezen qarşilaşiram bu ziddiyetle.zehmet olmasa aciqlayardiniz bunlari evvelceden cox aag olun.
Cavab: 

Və aleykum Salam.

1) Sualda qeyd etdiyiniz "Salatuk" proqramı namazın vaxtlarını ölkəmiz üçün düzgün göstərmir. Odur ki sizə saytımızın namaz vaxtlarından istifadə etməyi tövsiyə edirik. Namazın vaxtları üçün "ana səhifə"yə daxil olun. Həmçinin Məğrib namazını müxtəlif məzhəblər günəşin batmasından 7 və 20 dəqiqə gec deyirlər. Həqiqətdə isə Məğrib namazı günəşin üfüqdən itməsi ilə daxil olur. Ətraflı oxuyun: Namazın vaxtları ilə bağlı hədis


2) Qeyd etdiyiniz hədislər heç də bir-birinə zidd deyil. Ümumiyyətlə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisləri arasında ziddiyyət təçkil edən heç bir hədis yoxdur. Sadəcə bu hədisləri düzgün başa düzmək lazımdır. Ətraflı oxuyun:
Paylaş: