Məgər peyğəmbərimiz gecələri və gündüzləri yatmayıb?

    22.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. bildiyimə gorə Sallallahu aleyhi və Səlləm gecə gunduz yatmIyIb bu haqda məlumat verin.
Cavab: 

Aleykum salam. Peyğəmbərlər bəşər övladıdırlar və hər bir bəşər övladı kimi onlar da yatmaq xüsusiyyətinə malikdirlər. Allah Təala buyurur: "(Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!" (Fussilət, 6).
Lakin bununla yanaşı peyğəmbərlərin (Allahın onlara salamı olsun) adi insanlardan fərqli olan xüsusiyyətləri vardır. Ənəs ibn Malikin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gözləri yatsa da, qəlbi yatmazdı. Peyğəmbərlərin (aleyhimis-sələm) hamısı belə olmuşlar, gözləri yatsa da, qəlbləri yatmazdı. (Səhih əl-Buxari, 3570). Digər hədisdə xəbər verilir ki, yəhudilər Peyğəmbərdən (salləllahu aleyhi və səlləm): "Bizə peyğəmbərin əlaməti haqqında xəbər ver”– deyə soruşduqda, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə cavab vermişdir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gözləri yatsa da, qəlbi həmişə oyaq qalır". (ət-Tirmizi, 4/129).

Teqlər: 
Paylaş: