Atam qurban kəsməyə icazə vermirsə, qurban kəsib ona kəsmədiyimi deyə bilərəmmi?

    17.10.2023
Kimdən: 
Zubeyr
Sual: 
Atam icaze vermir Qurban kesim öz qazancimla Qurban kesib atama deye bilerem kesmemişem
Cavab: 

Əssələmu aleykum. Qurban kəsmək vacib əməl deyil, lakin Uca Allaha yaxınlaşdıran əzəmətli ibadətlərdən biridir. Atanızın öz qazancınızla qurban kəsməyinizə mane olmağa haqqı yoxdur. Dinimiz yalan danışmağı da qadağan etmişdir. Odur ki atanıza yalan danışmayın. Öz qazancınızla qurban kəsin, lakin bunu etiraz edənlərə yaymayın. 

Teqlər: 
Paylaş: