Tövbə edib hicaba keçən əvvəlki illərdə başıaçıq olduğuna görə bağışlanırmı?
Sual:
Salam Aleykum.Cavabladığınız üçün evvelceden teşekkür edirem.Men hicaba keçmek isteyirem 20yaşım var. 13yasımdan namaz qılıram,ama mene heçkim hicabın bu geder çox önemli olduğun başa salmıyıb. Men indi herşeye tövbe edib hicaba keçsem bağışlanarammı?Başı açıq olduğum bu iller bağışlanacaqmı?
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Həmçinin demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir". Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?