Qəbir haqqında sual

    22.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. sizə bir SualIm var buda Sunnilərin Qəbri haqda məsələn sunnilər niyə olu ucun Qəbir qazanda qəbirin duz yanInan birdənədə qəbir qazIllar və olunu həmin qəbir qazdIqlarI qəbirin yanIndakI qəbirə qoyullar yəni qəbir butov qalIr ama qəbirin borundəki qazdIqlarI yerə qoyullar yəqinki SualImi basa dusdunuz bu haqda cavab yazIn Allah koməyiniz olsun.
Cavab: 

Aleykum salam. Sizin söylədiyiniz qəbirə ərəb dilində "ləhd" deyilir. Rəvayət edilir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrini Əbu Talhə Zeyd ibn Səhl (radıyəllahu anhu) qazmış və onu camaxatanlı etmişdir. Camaxatan qədim fars sözüdür – yorğan-döşək, sandıq və s. qoymaq üçün divarın içində açılan dördkünc oyuğa camaxatan deyilir. Əbu Talhə (radıyəllahu anhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrinin içəri tərəfindən, onun sağ divarında oyuq qazmışdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Mədinədə iki nəfər qəbirqazan var idi. Biri qəbirləri camaxatanlı, digəri isə camaxatnsız şəkildə qazardı. Səhabələr (Allah onlardan razı olsun) dedilər: "Gəlin, Rəbbimizdən daha xeyirli olanı bizə göstərməsini diləyək və hər iki qəbirqazanın yanına adam göndərək. Hansı biri tez gəlsə, o da onun qəbrini qazsın. Beləliklə, onlar hər ikisinin yanına adam göndərdilər. Camaxatanlı qəbirqazan daha tez gəldi deyə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrini o qazdı". (Səhih Sunən İbn Məcəh, 1557). Ona görə də İslam dünyasında "ləhd" (camaxatanlı) qazılan qəbir daha fəzilətli hesab olunur. 

Paylaş: