Allaha söz verib sonra yerinə yetirə bilməmək günahdır?
Sual:
Salam Mənim bir sualım var mən Allaha söz vermişəm ki Hər gün Quran surəsi əzbərliyəcəm ancaq dərslərim var deyə çatırmaqda çətinlik çəkirəm bir tərəfdən Quranı digər tərəfdən dərsləri çatdırmaq mənə çətin gəlir indi mən Quranı boş vaxtlarımda əzbərləsəm mənə günah olarımı təşəkkür edirəm
Cavab:
Və aleykum Salam. Allaha söz verən şəxs öz əhdinə sadiq olmalıdır. Uca Allah bu xüsusda buyurur: "Allahla bağladığınız əhdə sadiq olun..." (ən-Nəhl, 91). Allahla bağladığı əhdi yerinə yetirə bilməyən kəs andını pozan kəs kimidir. Tövbə etməli, Allahdan bağışlanma diləməli və buna görə and kəffarəsi verməlidir. Ətraflı oxuyun: