Sərxoş adamla mübahisə etmək haqqında
Sual:
salam necesiz menim size vereceyim sual beledi men bu gun xalamin yoldasinan mubahise etdim cunki hemin kisi biraz ickiliydi ne dansdigini bilmirdi hemin insan menim anam atami soyurdu anam sagdi atam rehmete gedim anam hemin kisiley cox mubahise etmedi en cox men mubahise etdim ve evden qovdum hemin kisinin yasi texmini 63yasi olardi menimde 18 sizce menim bele mubahise etmeyim gunah oldu yoxsa duz elemisem xais edirem tez cavablandirin Allah sizden razi olsun
Cavab:
Aleykum salam. Sərxoş adamla danışmaqdan və mübahisə etməkdən çəkinin. Çünki altmış yaşa baxmayaraq bu vəziyyətdə olan insanın ağlı olmur. Təsadüfi deyildir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) içkini bütün pisliklərini kökü adlandırmışdır. İnşallah sizin etdiyiniz günah sayılmır.