Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?
Va aleykumus-Sələm. Şəriətə görə ölmüş insan üçün baş daşı düzəltdirmək, şəkil qoymaq, qəbiri hasara almaq və ya tor ilə hörmək qadağandır. Sadəcə olaraq qəbrin baş tərəfinə yerdən bir az hündür səviyyədə bir şey qoyulur ki, bilinsin ki, burada qəbir var. Onun da çox hündür səviyyədə qoyulmaması daha yaxşıdır. Cabir (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qəbri hündür etməyi, qəbrin üzərində oturmağı, tikili tikməyi, qəbri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir". (Əbu Davud, 3225; əl-Hakim, 1/370).
Bəzi alimlərə görə ətrafda qəbirlər çoxdursa və qəbiri fərqləndirmək çətindirsə, qəbirin üzərinə ad yazmaq olar. Amma ölü haqqında məlumat, onun yaxşı işləri, təriflər, şer və s. yazmaq, şəkil vurmaq haramdır. Həmçinin oxuyun:
Qəbir daşları necə olmalıdır?
İslamda qəbir düzəltmək icazəlidirmi?
Qəbir daşına tanınmaq üçün şəkil vurmaq olarmı?
Çoxdan dünyasını dəyişmiş valideyinin qəbrini təzələmək olarmı?