Münafiqlikdən qorxmaq barədə

    15.12.2023
Kimdən: 
Abdulla
Sual: 
Salam aleykum qardaş . Dövrümüzde günah işler o qeder asanlaşıb ki, bunlardan qaçmaq imanı zeif olan bir müsalman üçün çox çetindir. Ve qardaş bu imtahan dünyasıda Allahın razılığını qazanmaq Rebbimizin dostu olmaq daimi olmurSen fitneden qacdiqca şeytan seni gunaha surekleyen hiyleler ile yaxınlaşır. Her defe tövbe etdikce "men munafikem" kimi düşünce ves - verseler verir. Bilirem münafiq deyilem. Amma buna niye inandigimdan xebersizem . Hetta bu işlerin günahkarı Allahdır demişem. Qardaş men münafiq, fasiq ,mürted olmaq istemirem. Bu yazdıqlarım tam semimi qelbimden süzülen sözlerdir.
Cavab: 

Və aleykum Salam. Münafiqlikdən qorxmaq möminin sifətlərindəndir. Yalnız mömin insan nifaqdan qorxar, münafiq isə bundan arxayın olar. əl-Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) rəvayət etmişdir ki, İbn Əbu Muleykə (Allah onaa rəhmət etsin) demişdir: "Mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) otuza yaxın səhabəsini görmüşəm. Onların hamısı münafiqlikdən qorxurdular". (əl-Buxari). Sizə günahlardan uzaq durmağı və İslam dininin əmr və qadağalarını yerinə yetirməyi tövsiyə edirik. Həmçinin oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?
Günahı necə tərgitmək olar?


Uca Allah hər bir nöqsandan pak və müqəddəsdir. Uca Allaha günah nisbət etmək küfrdür. Belə dediyinizə görə tövbə edin və Allahdan bağışlanma diləyin. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: