Adın dəyişdirilməsi barədə sual
Sual:
Salam aleykum, mənim adım Tükazbandır,mənə bir cox dindar insanlar deyiblər ki,adını dəyişdir yaxşı məna vermir və bu insanın taleyində rol oynayır,bu adı mənə atam qoyub babamın istəyilə nənəsinin adıdır və bir dəfə dedim razı olmadı məndə bir addan ötrü onun xətrinə dəymək istəmirəm,adımı dəyişdirməsəm nə dərəcədə düzgündür?günahı varmı? Təşəkkür edirəm!
Cavab:
Aleykum salam. Əgər Tükəzban adı, həqiqətən də pis məna daşıyırsa, bu adı başqa bir adla dəyişdirmək vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrdən pis məna daşıyan bir ad eşitdikdə onu yaxşısı ilə əvəz edərdi.