Cənnətə kim daxil olacaq?
Sual:
Internetde bele bir yazi ile rastlasdim.
Əziz İslam Peyğəmbəri (s) buyurub:
« ﻳﺎ ﻋَﻠﻲ ﺍَﻧْﺖَ ﻭَ ﺷِﻴﻌَﺘُﻚَ ﻫُﻢُ ﺍﻟْﻔﺎﺋﺰﻭﻥَ ﻳَﻮْﻡَ ﺍﻟْﻘِﻴﺎﻣَﺔِ .»
«Ey Əli, qiyamət günündə nicat tapanlar, yalnız sən və
sənin şiələrindir.»
Şeyх Tusinin “İхtiyarül mə`rifətir rical” kitabının 1-ci cildi,
211-ci səһ;
Şazan ibn Cəbrayıl Qumminin “Əl-fəzail” kitabı, 121-ci səһ;
Əli ibn Yunis Amulinin “Əs-siratül-mustəqim” kitabının 1-
ci cildi, 209-cu səһ;
Hüseyn ibn Süleyman Hillinin “Əl-müхtəsər” kitabı, 94-cü
səh;
Seyid Haşim Bəhraninin “Hilyətül-əbrar” kitabının 2-ci
cildi, 410-cu səh.
və “Biharül-ənvar”ın 27-ci cildi, 143-cü səh.
men sunneeyem. Bele cixiki cennete yalniz şieler daxil olacaq!?
Bele cixir dunya muselmanlarinin 86% i cehennemdedi?
hemde nece olurki Muhammed(s.a.s)-in sunneleleri ceheneme Hz.Elinin şieleri ise cennete dusur?
Bu haqda melumat vererdinizmi?
Tewekkurler.
Cavab:
Cənnətə Uca Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər daxil olacaqlar. Uca Allah buyurur: "Onlar dedilər: "Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!" Bu onların xam xəyallarıdır. De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər" (əl-Bəqərə, 111-112).