Əqidəsini bilmədiyimiz dəvətçilərə qulaq asmaq olarmı?

    26.12.2023
Sual: 
Əssəlamu ələykum. • əqidəsindən əmin olmadığın xarici dəvətçilərə qulaq asmaq olarmı? Amma yəni ciddi məsələlər yox. Nouman ali khan a məsələn. • kimsəyə filankəs mənə belə-belə sözlər dedi" demək qeybət sayılır mı?
Cavab: 
Və aleykum Salam.
1) Dini bilgiləri sağlam əqidəli ilahiyyatçılardan öyrənmək lazımdır. Əqidəsi bilinməyən və ya şübhəli olan insanlardan dini bilgiləri almaq qadağandır. İmam Muslim "Səhih" əsərində Muhəmməd ibn Sirinin belə dediyini rəvayət etmişdir: "Həqiqətən bu elm dindir və dininizi kimlərdən götürdüyünüzə diqqət edin". Başqa bir rəvayətdə iki xəvaric Muhəmməd ibn Sirinin yanına daxil olub deyirlər: "Ey Əbu Bəkr, sənə Allahın Kitabından bir ayə demək istəyirik" İbn Sirin qulaqlarını tutub deyir: "Xeyr, ya siz çıxıb gedəcəksiniz, ya da mən durub çıxacam" Onlar israr edirlər, İbn Sirin də israr edir. Nəhayət onlar çıxıb getdikdən sonra yanındakılardan biri deyir: "Ey Əbu Bəkr, niyə qoymadın Allahın Kitabından bir ayəni desinlər?" İbn Sirin dedi: "Qorxdum ki, onlar ayənin mənasını təhrif edərlər və bu da qəlbimə şəkk salar" (əd-Darimi). Ətraflı oxuyun:
2) Əgər bu sözü sizə kimsə əmanət kimi demişsə və ya deyəcəyiniz söz qarşı tərəfi kədərləndirəcək və onda kin-küdurət yaradacaqsa bu sözü demək qadağandır. Daha ətraflı:
Paylaş: