Tumun içindən çıxan uduşu cırıb atmışam. Sizcə düz etmişəm?

    25.05.2014
Sual: 
Salam aleykum.Men bugun mister tumdan chixan 1 azn udushu cirib tulladim.Dushundum ki,gunah olar,haram pul sayilir.Hech anama dememishem bunu,hech udushdan xeberi yox idi.Sizce men duz etmishem?
Cavab: 

Aleykum salam. Şəriətə görə müasir lotoreya oyunları qumardan sayıldığına görə haram hesab edilir. Şəriətə görə qumar hər hansı bir oyuna pul və ya nəsə vermək və bunun müqabilində nəsə udmaq şansı əldə etməyə deyilir. Əgər siz mağazadan bir ərzaq almısınız və onun içindən uduş çıxıbsa, siz onu götürə bilərsiniz. Çünki siz ərzağı uduş niyyəti ilə almamısınız. Yəni bu sizdən asılı olmayaraq baş vermişdir.

Paylaş: