Qadın kişi müəllimindən dərs ala bilərmi?
Sual:
Salam əgər otaqda tək bir qız bir kişi müəllimindən dərs ala bilərmi bu islmada düzgündürmü?
Cavab:
Aleykum salam. İslama görə kişinin yad qadınla təklikdə qalması günahdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan etmişdir. Rəvayət edilir ki, ibn Abbas Peyğəmbərin belə dediyini eşitmişdir: “Heç bir kişi naməhrəm bir qadınla təklikdə qalmamalı və heç bir qadın yanında məhrəmi olmadan səfərə çıxmamalıdır!” Bu vaxt bir nəfər ayağa qalxıb dedi: “Ya Rəsulullah, mən filan döyüşdə iştirak etmək üçün orduya yazılmışam, zövcəm isə həcc ziyarəti üçün yola çıxmışdır.” Peyğəmbər buyurdu: “Get, zövcənlə birlikdə həcc ziyarətini yerinə yetir!” (əl-Buxari, 3006)