Ailə sirrini açmaq günahdırmı?
Və aleykum Salam. Ər-arvad ailədə baş verən ailədaxili problemləri çalışıb özləri həll etməli və bu barədə heç kimə danışmamalıdırlar. Xüsusən əgər aralarında sirr varsa bu sirri başqasına danışmaq əmanətə xəyanət sayılır. Əgər siz ərinizə əmanət olaraq sirr vermisinizsə və əriniz bunu başqaları ilə paylaşıbsa, əmanətə xəyanət etmişdir və günah qazanmışdır. Uca Allah buyurur: "Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...". (ən-Nisa, 34). Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Qadın ərinin evində gözətçidir və orada olanların məsuliyyətini o daşıyır". (əl-Buxari, 893; Muslim, 1829). Ayədə xüsusi olaraq qadınlar qeyd olunsalar da bu hökm kişilərə də aiddir. Çalışın ərinizə gözəl şəkildə bunu izah edəsiniz. Ətraflı bu cavabı oxuyun: