Hər il dəyişəndə dua etmək olarmı?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, İslamda il yanvar ayının 1-i deyil, Məhərrəm ayının 1-i dəyişir. İlin dəyişməsində müsəlman üçün ibrət vardır. İnsan özünü hesaba çəkməli il ərzində etdikləri əməlləri nəzərdən keçirməlidir. Əgər xeyir iş görmüşsə, bu Allahın lütfü və rəhməti sayəsindədir. Bu əməlləri artırmalı və davam etməlidir. Günahlar etmişsə, bu onun nəfsinə uymasına görədir. Bu əməllərdən tövbə etməli və həyatını yaxşıya dəyişməlidir. Lakin hər il dəyişdikdə dua etmək dinimizdə buyurulmayıb. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yeni ay (hilal) gördükdə belə dua edərdi: "Alla:hu Əkbər, Alla:hummə əhilləhu aleynə bil-əmni, val-i:mə:ni, vas-sələməti, val-islə:mi, vat-tovfiqi limə tuhibbu Rabbənə va tərda. Rabbunə va Rabbukəl-lahu". Mənası: Allah ən Böyükdür! Allahım! Onu əmin-amanlıqla, imanla, salamatlıqla, islamla və ey Rəbimiz, sevdiyin və razı qaldığın işlərə müvəffəqiyyət verməklə başımız üzərinə çıxart! (Ey hilal!) Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!