Musiqi dinləməyi necə tərk edim?

    16.02.2024
Kimdən: 
Abdulla
Sual: 
Salam müsiqi nece terk edek ? Xaiş edirem hazır cavab verdiyiniz suallarla cavablandırmayın
Cavab: 

Və aleykum Salam. Musiqini tərk etmək üçün musiqinin insanın qəlbinə və düşüncələrinə mənfi təsirini bilmək lazımdır. Musiqi insanı zinaya aparan vasitədir, musiqi şeytanın səsidir, musiqi insanın qəlbində nifaq oyadır, bir çox musiqilərin sözləri küfr, günah və şirkdən ibarətdir. Musiqi insana keçici bir zövq versə də bu zövqün ardından günah və həsrət gəlir. Uca Allah buyurur: "Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!" (əl-İsra, 64). Həmçinin oxuyun:

Musiqi dinləmək, oxumaq və rəqs etmək icazəlidirmi?

Paylaş: