İslamda birdən çox evliliyə icazə varmı?

    26.05.2014
Sual: 
Salamlar islamda deyilənə görə 1 kişi 2 və yaxud 3 kəbinli arvad saxlaya bilər yəni 3 qadınla evli ola bilər onların hamsını eyni dərəcədə salamaq şərtiylə bu düzgündür
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3).
"Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər özünüzü doğruldub Allahdan qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nisa, 129).

Bu ayələrdə Uca Allah hər bir müsəlman kişiyə iki, üç və ya dörd qadınla ailə qurmağa icazə verdiyini bəyan edir. Həmçinin, ayədə qadınlarla ədalətli olmaq buyurulur. Yəni onların hamısına eyni dərəcədə baxmağı buyurulur. 
 

Teqlər: 
Paylaş: