Etdiyi nəzirlərin sayını unudan nə etməlidir?

    17.02.2024
Kimdən: 
Huseynzade
Sual: 
Men dusunuremki mueyyen zamanlarda qurbanlarim, nezirlerim olub amma onlara yerine getirmeyim yadima gelmir. Men bunlari nece ede bilerem ki Allah razi olsun mende . Onlari umumi wekilde nece ede bilerem ?
Cavab: 

Əssələmu aleykum. Əgər etdiyiniz nəzir və qurbanlar dəqiq yadınızda deyilsə, təxmin edərək onları yerinə yetirin. Unutduğunuz nəzirlərə görə isə günah qazanmırsız. Uca Allah buyurur: "...Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...» (əl-Bəqərə: 286). Hədislərin birində deyilir ki, Uca Allah buna cavab olaraq: "Bəli (cəzalandıran deyiləm)" – demişdir. (Muslim,125). Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari, 22). Ətraflı oxuyun:

Nəzir niyyət edən şəxsin nəzirini unutması günahdırmı?

Paylaş: