Xilafət və təşəhhüdlə bağlı sual

    27.05.2014
Kimdən: 
Cavid
Sual: 
As Salamu Aleykum 1) Hz.Muhammed dunyasini deyiwdikden sonra hakimiyyete kim gelmisdir? Hz.Ebu Bekr yoxsa Hz.Eli? 2)Bezi insanlar Hz.Omeri tehqir edirler onun yadsi insan olmadigini soyleyirler. Bu fukir ne derecede dogrudur? 3) Neye gore teşehudde oturarken sol ayagimizin ustunde oturu sag ayagimizi ise duz tuturuq. ?
Cavab: 

Aleykum salam.
1) Muhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra ilk seçilib təyin olunan xəlifə möminlərin əmiri Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) olmuşdur.
2) Onu pisləyənlər özləri yaxşı insan deyillər. Çünki Peyğəmbərin dostunu, qayınatasını, Cənnətlə müjdələdiyi insanı təhqir etmək Peyğəmbərin özünü təhqir etmək deməkdir. Peyğəmbəri təhqir edən insanı isə (Allah qorusun) dünya və Axirətdə şiddətli əzab verilər. Uca Allah səhabələr haqqında buyurur: "(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qala­caq­ları, (ağacları) altından çaylar axan cənnətlər hazırla­mış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!" (ət-Tövbə, 100).
Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz". (Buxari, 7/25, 3673).
Möminlərin əmiri Əli ibni Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirmə­mişlər. Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir".
Həmçinin, Ömər (Allah ondan razı olsun) sağlında cənnətlə müjdələnən on nəfərdən biridir. Onların arasında ən birinciləri: Əbu Bəkr əs-Siddiq, Ömər ibni Xattab, Osman ibni Afvan və Əli ibni Əbu Talibdir (Allah onlardan razı olsun).
3) Çünki, Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) namazda təşühhüddə söylədiyiniz kimi oturardı. O isə belə demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də eləcə namaz qılın". 

Teqlər: 
Paylaş: