Valideyni qocalar evinə qoymaq icazəlidirmi?

    17.02.2024
Kimdən: 
Elvin
Sual: 
Salam aleykum. Ata-anasini qocalar evine yerlesdirenler günah qazanır mı? Allah sizi qorusun
Cavab: 

Və aleykum Salam. Valideynin razılığı, icazəsi və arzusu olmadan onu qocalar evinə yerləşdirmək qadağandır. Lakin bu icazə övladın onunla pis rəftarına görə olmamalıdır. Bu halda valideynin icazəsi heç bir fayda verməz. Zərurət yaranarsa, məsələn, əgər oğul səfərə çıxmağa məcburdursa və o, ata-anasını və ya onlardan birini kimsəsiz qoyub gedə bilməz və bilir ki, ata buna etiraz etməyəcək, əksinə, ona icazə verərək, onu qəbul edəcək, qocalar evində də ona layiqincə baxacaqlarına əmin olacaqsa, bu halda valideyni qocalar evinə qoya bilər.

Teqlər: 
Paylaş: