Kəbədəki "Qara daş" Cənnətdən nazil olubmu?

    09.03.2024
Kimdən: 
Ruslan
Sual: 
Salam aleykum və rahmətullahi və bərakətuh. Necəsiniz? Yaxşı olasınız). sualım: Kəbədə ki həcərul əsvad haqqında ətraflı məlumat verərsiniz də zəhmət olmasa. Bu daşın Cənnəttən endirildiyi düzdür?
Cavab: 

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Qara daş barədə bir çox hədislər rəvayət edilmişdir. Bu hədislərdən bəzilərini qeyd edək:

1) Qara daş Cənnətdən yer üzünə endirilmişdir:

İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Qara daş Cənnətdən enmişdir" (ət-Tirmizi, 877; ən-Nəsəi "Sunən", 2935). 

2) Qara daş ilk endikdə süddən daha ağ idi. Adəm övladlarının günahları onu qaraltmışdır:

İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Qara daş Cənnətdən endikdə süddən daha ağ idi, Adəm övladlarının günahları onu qaraltdı" (ət-Tirmizi, 877; Əhməd, 2792). 

Mubərakfuri (Allah ona rəhmət etsin) bu hədisi şərh edərək demişdir: "Yəni, Adəm övladlarından günahkar olanların ona toxunması səbəbindən qaralmışdır". (Bax: Töhfətul-Əhvazi, 3/525). 

3) Qara daş Qiyamət günü gələcək və ona haqqı ilə toxunanların lehinə şahidlik edəcək:

İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Allaha and olsun ki, Allah Qiyamət günü Qara daşı gətirəcək. Onun görən iki gözü və danışan dili olacaq. O, ona haqqı ilə toxunanların lehinə şahidlik edəcək" (ət-Tirmizi, 961; İbn Məcə, 2944). 

4) Qara daşa toxunmaq günahların silinməsinə səbəbdir:

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Qara daşa və Yəmən küncünə toxunmaq günahları silir" (ət-Tirmizi, 959; əl-Hakim, 1/664). Həmçinin oxuyun:

Kəbədəki qara daşın hikməti nədir?

Paylaş: