Qədr gecəsi ilə bağlı dəqiq və ətraflı məlumat lazımdır
Aleykum salam. Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinməməkdədir. Həmçinin, İslam alimlərinin görüşlərinə əsasən qədr gecəsi hər ildə yerini dəyişə bilir. Səhih hədislərə əsasən Qədr gecəsi Ramazan ayının axır on gününün tək gecələrindən birinə təsadüf edir. Yəni Ramazan ayının 21, 23, 25, 27 və 29-cu gecələrindən biri ola bilər. Həmçinin, qədr gecəsinin ramazan ayının hansı gecəsinə təsadüf etməsi haqda Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabələrindən (radıyəllahu anhum) bir neçəsi yuxuda Qədr gecəsinin (ramazan ayının) axır yeddi gecəsindən birində olacağını gördülər. Onda Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Görürəm, (qədr gecəsinin) son yeddi gecədə olacağına dair gördüyünüz yuxular bir-birinə uyğun gəlir. Odur ki, qoy bu gecəni axtaranlar son yeddi gecədə axtarsınlar". (əl-Buxari, 2015).