Musiqi səslənən yerdə zikr etmek olar?
Sual:
Salam aleykum.Mahni olan yerde zikr etmek olar?
Cavab:
Və aleykum Salam. Ən fəzilətli zikr həm qəlblə, həm də dillə birlikdə edilən zikrdir. Zikr edən insan Allahı dillə yad etməklə yanaşı qəlbi ilə dediyinin mənasını düşnməli və Uca Allahın Əzəməti barədə düşünməlidir. Lakin musiqi səslənən yerdə qəlblə zikr etmək mümkün deyil. Odur ki, zikr edən insan imkan daxilində sakit və xatircəm ola biləcəyi bir mühit seçməlidir. Əgər ondan asılı olmayan səbəblərə görə bu mümkün olmasa, o, olduğu halda zikr edə bilər. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16).