Ateist və ya kafir bir insan etdiyi yaxşı əməllərə görə savab qazanırmı?
Və aleykum Salam.
1) İnsanın etdiyi xeyir əməllərə görə ona savab yazılması üçün onun mömin olması əsas şərtdir. Uca Allah bir çox ayələrdə əməlin qəbul olması və bu əmələ görə savab yazılması üçün insanın mömin olmasını şərt olaraq bildirmişdir. Uca Allah buyurur: "Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz" (ən-Nisa, 124); "Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar" (əl-İsra, 19). "Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa məruz qalmaqdan, nə də savabının əksilməsindən qorxarlar" (Ta ha, 112).
Bütün bu ayələrdə bildirilir ki, bir insanın etdiyi əmələ görə savab qazanması üçün bu əməli mömin olaraq etməlidir. Kafirin etdiyi savab əməllər isə Qiyamət günü puç olacaq. Uca Allah bu xüsusda buyurur: "De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (əl-Kəhf, 103-105).
2) Bu cavabı oxuyun:
İmanı artırmaq üçün nə etmək lazımdır?
3) Bu cavabları oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Tövbəni necə etmək lazımdır?