Bəzi ölkələrdə oruc 21-22 saat davam edirsə, orucu tez açmaq olarmı?
Sual:
Salam aleykum. Necəsiniz? Elə ölkələr varki, sahur ilə iftar arasında vaxt 21-22 saatdır. Belə ölkələr icma qərarı ilə vaxtı müəyyən qədər azalda bilərmi?
Allah elminizə bərəkət versin
Cavab:
Və aleykum Salam. Uca Allah orucu dan yeri söküləndən (Sübh namazı girəndən) Günəş batana qədər (Məğrib namazı girənə qədər) davam etməyi buyurur. Gün uzun olsa belə orucu vaxtından əvvəl açmaq icazəli deyil. Ətraflı oxuyun: