Unudaraq namnəhrəmin qarşısına hicabsız çıxmaq günahdır?

    08.03.2024
Kimdən: 
Yasemen
Sual: 
Salam men hicaba yeni kecmisem ikinci gundu .bir kisi qapini doydu su pulu yazan casib basi acix cixdim qabagina.yadima.dusmedi hicabimi taxmaq bu gunahdrmi ?nece edim narahatam cox
Cavab: 

Və aleykum Salam. Əvvəla hicaba keçməyiniz münasibətilə sizi təbrik edir və Uca Allahdan sizi Öz dinində sabit etməsini diləyirik. Unudaraq nicabsız nəməhrəmin qarşısına çıxmağınıza gəlincə, unutduğunuz üçün buna görə sizə günah yazılmır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari, 22; Əbu Davud, 17). Ətraflı oxuyun:

Bilmədən səhv bir əməli etmək günahdırmı?

Teqlər: 
Paylaş: