Ətirdən istifadə etmək günahdırmı?
Sual:
salamun eleykum.etirden istifade etmek gunahdirmi?
Cavab:
Aleykum salam. Ətirdən istifadə etmək günah deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ətir vurmağı çox sevərdi. Lakin qadınlara naməhrəmlərin yanında və evdən çıxarkən kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir". (ət-Tirmizi).