Qadın heyzdən təmizlənib qüsl etdikdən sonra qan görərsə bu heyz sayılırmı?

    28.03.2024
Sual: 
Salam, məni üzürlü hesab etməyinizi xahiş edərək sualımı vermək istəyirəm. Mən heyzli olduğum müddətdə yoldaşımla münasibətdə olmamışıq, haramdır deyə gözləmişik. Sadəcə olaraq məndən artıq qanın kəsildiyini görüb qüsl aldım, aldıqdan sonra kiçik bir axıntı şəklində yenidən qan gəldi sonra gəlmədi, bunun üzərindən yenidən qüsl aldım artıq qan gəlmədi. Həmin günü yoldaşımla münasibətdə olduq. Əlaqədən sonra qüsl alanda məndən qan gəldiyini gördüm bu günah sayılırmı? Yoldaşım deyir ki günah deyil çünki biz onun bitdiyini düşünüb əlaqədə olmuşuq
Cavab: 

Və aleykum Salam. Heyzdən təmiləndikdən və qüsl aldıqdan sonra qadından gələn qəhvəyi və ya tünd sarı axıntı heyz sayılmır. Bu barədə ətraflı oxuyun:

Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?


Əgər heyzdən təmizləndikdən sonra əvvəlki qaydada heyz qanı gələrsə bu heyzdən sayılır və belə hal baş verdikdə qadın namazı saxlayır və oruc tutmur. Tam təmizləndikdən sonra isə qüsl edib namazlarını qılır. Çünki bu qan əvvəlki heyzə aiddir. Belə halda yaxınlıq olubsa buna görə nə qadına, nə də kişiyə günah yazılmır. 

Teqlər: 
Paylaş: