Qadının üzünü bağlaması bəyənilən, yoxsa ifrat əməldir?
Sual:
As Salamu Aleykum!
Qadinin uzunu baglamasi duzgundur?
Yoxsa ifrata varmaqdir?
Teşekkurler!
Cavab:
Aleykum salam. Dinimizdə bu üz örtüyünə niqab deyirlər. Niqab Quran və Sünnədə vacib buyurulan əməl deyil. Amma qadın fitnəyə düşməmək və heç kəsi fitnəyə salmamaq üçün üzünü örtməsi faydalı əməllərdəndir. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zövcələri və səhabə qadınlar (Allah onlardan razı olsun) da üz örtüyündən istifadə ediblər.