Peyğəmbərin adını çəkəndə "salavatullah" demək olar?
Sual:
Salam aleykum.Peygemberimizin adini chekende''salavatullah''demek olar?yeni ''sallallahu aleyhi ve sellem''in yerine
Cavab:
Aleykum salam. Peyğəmbərin adı çəkiləndə "salavatullahi aleyhi" deyə bilərsiniz. Amma təkcə "salavatullah" demək olmaz, çünki bunun mənası "Allahın salavatı" deməkdir. Bunu dedikdə mütləq "aleyhi" (üzərinə olsun) sözünü də əlavə edin.