Uca Allahın 99 adına aid məqalə yaza bilərsinizmi?

    01.06.2014
Sual: 
Salam aleykum.Uca Allahin 99 adi ile elaqedar meqale yaza bilersiniz?menalari ile birlikde?Birde men bilirem ki,Vehhab Allahin adidir.Bes onun adi ile kimise Vehhabi adlandiranlar gunah edirlermi?Birde siz hicab ile elaqedar sualin cavabini deyishdirmisiniz.Bu suali men vermemishem,amma sualin cavabina menim de iradim var idi.Saq olsun bashqasi yazib iradini.Allah sizden razi olsun.Umid edirem ki,bu haqda tezlikle meqale yazarsiniz.
Cavab: 

Aleykum salam.

1) Adlar haqda buradan oxuyun:
Allahın əl-Quddus adının mənası nədir?
İnşallah saytımızda bu haqda kitab yerləşdiriləcək. Uca Allahın doxsan doqquz adı haqqında peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: “Allah Təalanın yüzdən biri əskik - doxsan doqquz adı vardır. O, Təkdir və tək olanı sevir. Kim Onun adlarını sayarsa, Cənnətə girər”.  

Hədisdəki "Kim Onun adlarını sayarsa, Cənnətə girər" ifadəsi o deməkdir ki, kim Uca Allahın adlarını söyləyər, onları yadda saxlayar və mənalarını öyrənərsə, inşallah cənnətə daxil olar.
2) "əl-Vahhəb" Allahın adlarından biri olub mənası isə "bəxş edən" deməkdir. Bu ad Qurani Kərimdə bir neçə yerdə xatırlanır. Ərəbcə Quranı oxuya bilənlər bunu daha aydın görə bilərlər. Məsələn, o ayələrdən birində belə deyilir; "Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən (əl-Vahhəb)!" (Ali İmran, 8).
Ona görə də, hər hansı bir radikal qrupu Uca Allahın adı ilə əlaqələndirmək böyük xətadır. Əslində bu vaxta qədər hələ heç kim deməyib ki, mən və ya biz Vahhəbiyik. Sünnəyə (yəni, peyğəmbərin yoluna) zidd çıxan bəzi radikal qrupları Vahhəbi adlandırırlar. Bu isə düzgün fikir deyil, çünki hər bir təriqətin və ya radikal qrupun öz adı var.

Teqlər: 
Paylaş: